19 Sentyabr 2017 22:54
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

22:09

Yeni inşa olunan Ələt-Astara avtomobil yolunda iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, hadisə Salyan rayonu ərazisində baş verib.

Faktla bağlı araşdırma aparılır.

***

Salyanda ağır yol qəzası zamanı ölən 4 qadının hamısının şəxsiyyəti məlum olub.

Teleqraf.com xəbər verir ki, hadisə zamanı dünyasını dəyişənlərin soyadları və təvəllüdləri hələ ki, məlum olmayan Vəfa, Gilas, Arzu və Sevincdir. Onların meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan şöbəsinə təhvil verilib.


Müəllif: Teleqraf.com