23 Yanvar 2018 13:48
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mehriban Xanlarovanın nəvəsinin üzərinə qaynar su tökülüb. Bədbəxt hadisə nəticəsində əli və ayağı yanan körpə hazırda 5 saylı Kliniki Xəstəxanada müalicə alır.

Teleqraf.com xəbər verir ki, bu barədə Axar.az-a sözügedən xəstəxanada çalışan həkim məlumat verib.

Hələ 3 yaşı tamam olmamış nəvəsinin səhhəti barədə danışan əməkdar artist Mehriban Zeynalova bildirib ki, hazırda uşağın vəziyyəti yaxşıdır, həkimlər daimi nəzarət edir:

“Ötən gün axşam nəvəm Sevdanın üzərinə dəm çaydanı aşıb və ağır yanıq xəsərətləri alıb. Həkimlər Sevdanın qolundakı yanığın 3-cü, əl və ayaqlarındakı yanığın isə ikinci dərəcəli olduğunu dedilər. Allah üzümüzə baxıb, çox şükür, yaxşı qurtarmışıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər