Türkiyəli müğənni Volkan Konak İstanbulda konsert verərkən silahlı hücuma məruz qalıb.
Teleqraf.com xəbər verir ki, müğənni səhnədə olarkən naməlum şəxs "sən vətən xainisən" deyərək ona atəş açıb.
Açılan atəş V.Konakdan yan keçib.
Silahlı həbs edilib.
***
Teleqraf.com xəbər verir ki, müğənni mətbuata açıqlamasında silahlı hücumun onunla əlaqəsinin olmadığını bildirib.
"Mən ad günümü qeyd edirdim. Kimlərsə barın qarşısında qarışıqlıq salıb. Xəbərim yoxdur".