Bakıda 18 nömrəli marşrut avtobusu minik avtomobili ilə toqquşub.
Hadisə metronun "20 yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, Moskva prospektindən Müzəffər Həsənov küçəsinə dönən avtobus yolun kənarında dayanan "Azsamand" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində 99-AB-749 dövlət nömrə nişanlı minik avtomobilinin sol yan güzgüsü qırılıb.
"Azsamand" sürücüsünün iddiasına görə, bu həftə ərzində 18 nömrəli marşrut avtobus ikinci dəfədir onun avtomobilini əzir: "Birinci dəfə sürücü hadisə yerindən uzaqlaşmışdı"./Report/