14 İyul 2018 11:55
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunun Qarabağlı kəndində yanğın olub.

Teleqraf.com xəbər verir ki, hadisə iyulun 12-də, saat 22 radələrində kənd sakini İlkin Məmmədovun həyətində yanğın baş verib.

Nəticədə 400 kip ot yanıb, 1 baş inək tələf olub.

İlkin Məmmədovun arvadı Fəridə xəsarətlə xəstəxanaya gətirilib, ona ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.


Müəllif: Hacı Zeynalov