19 İyul 2018 17:04
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 19-da saat 4.30 radələrində Göyçay rayonunun İncə kəndi ərazisində taxılı biçilmiş 20 hektar sahə yandırılıb.

Teleqraf.com xəbər verir ki, dərhal hadisə yerinə gələn Fövqəladə Hallar nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb, yanğın söndürülərək daha geniş əraziləri əhatə etməsinin qarşısı alınıb.

Rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən kənd sakini Gündüz Hacıyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar zamanı Gündüz Hacıyevin həmin ərazini qəsdən yandırdığı müəyyən edilib və o, törətdiyi əməli etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Müəllif: Hacı Zeynalov