Rusiyanın Soçi şəhərində “Boeinq 737” sərnişin təyyarəsi hava limanında alışıb.
Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, “Urair” aviaşirkətinə məxsus Moskvadan Soçiyə uçan təyyarə enmə zolağından kənara çıxaraq qəzaya uğrayıb.
Qəza nətiəsində 18 nəfərin xəsarət aldığı bildirilir. 164 sərnişin və 6 ekipaj üzvü təxliyə edilib.
Soçi aeroportunun mətbuat xidməti qəza zamanı sərnişinlərdən heç kəsin həyatını itirmədiyini,lakin hava limanının əməkdaşlarından birinin fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması zamanı ürək tutmasından dünyasını dəyişdiyini açıqlayıb.