21 Yanvar 2019 10:55
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda avtomobil qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Məlumata görə, magistral yolda hərəkət edən avtomobil dərəyə aşıb.

Hadisə nəticəsində avtomobildə olan 2 sərnişin və 1 sürücü həyatını itirib. Həlak olanlar Ermənistanın Qladzor Vayots-Dzor rayonundandır.


Müəllif: Mənsur Rəğbətoğlu