19 Sentyabr 2019 14:43
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda keçirilmiş "Kartof festivalı"nda 7 nəfərin qidadan zəhərlənməsi barədə məlumat əsassızdır.

Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov verib.

Onun sözlərinə görə, İsmayıllı rayon xəstəxanasına müraciət edənlərin səhhətində yaranmış problemlərin günvurmadan qaynaqlandığını bildiriblər: “Xəstəxanaya müraciət edənlər hamısı bir şirkətin işçiləridir. Onlar sahədə işləyən zaman günvurmaya məruz qalıblar. Festival dünən keçirilib, orada yüzlərlə insan iştirak edib. Xəstəxanaya müraciət isə bu gün, festivaldan 24 saat sonra olub. Əgər qida zəhərlənməsi olsaydı, eyni simptomlar digər iştirakçılarda da müşahidə olunardı”.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İsmayıllı rayonunda baş verən zəhərlənmə ilə bağlı işçi qrupu yaradılıb.

7 nəfərin qida zəhərlənməsi ehtimalı ilə bağlı Səhiyyə Nazirliyindən daxil olan məlumat əsasında AQTA-nın mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb.

Aparılan araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək.

***

14:01

İsmayıllı rayonunda zəhərlənmə olub.

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, İsmayıllı mərkəzi rayon xəstəxanasına zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) müraciət edib.

Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi agentliyinə məlumat verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər