Bakının Yasamal rayonunda bir nəfər şübhəli şəxs qismində saxlanılıb.
Teleqraf.com xəbər verir ki, rayonun Mətbuat prospektində Bakı şəhər sakini Ə.Qasımov şübhəli şəxs qismində Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılaraq Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə təhvil verilib.
Araşdırmalarla onun noyabrın 19-da Səbail rayonunun ərazisində əcnəbi vətəndaşın kirayədə yaşadığı evdən 4000 BƏƏ realı, 81 Bəhreyn dinarı və 50 ABŞ dolları, habelə geyim əşyaları oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.