16 Fevral 01:55
563

Bakıda döyülmə hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Ələt qəsəbəsində fermer, 37 yaşlı Aslanov Asif Hüseyn oğlu ilə digər fermanın çobanı Rza Məmmədli arasında mübahisə yaranıb. Mübahisəyə səbəb R.Məmmədlinin fermerin təsərrüfat sahəsinə girməsi olub.

Mübahisə zamanı çoban fermerin başına ağac budağı ilə zərbə endirib. Nəticədə A.Aslanov başından xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.


Müəllif: Teleqraf.com