Şəki şəhər-rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Həmin şəxsin rayonun Qoxmuq kənd sakini F.Nəsibov olduğu müəyyən edilib.
Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, ev şəraitində müalicə təyin edilsə də, ancaq F.Nəsibov qaydaları pozaraq yaşadığı evi tərk edib.
O, polis əməkdaşlarının da müşayiəti ilə yaşadığı evə geri qaytarılıb.
F.Nəsibov barəsində Şəki şəhər-rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.