12 Yanvar 2021 10:46
391
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncənin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 27 yaşlı Naib Əliyev cari ilin yanvar ayının müxtəlif vaxtlarında şəhər ərazisində vətəndaşlara məxsus müxtəlif avtomobillərdən iki ədəd ümumi dəyəri 545 manat olan mobil telefon və bir ədəd içərisində 3354 manat nağd pul olan pul qabını oğurlayıb.

Naib Əliyev saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.

Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov