5 May 2014 13:09
1 780
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əbülfəz Elçibəy prezident olanda ”Boz qurdlar" əllərində avtomat Qarabağdaydı, şəhərdəsə polislər idi"

"Mən tələbə olanda Bakıya gəlmişdim və Elçibəylə görüşdüm. Azərbaycanı bürüyən xaosun şahidi oldum. Mən Isgəndər Həmidovla da görüşdüm və gördüm ki, onun ”boz qurdları" Bakı küçələrində avtomatla necə dolaşırlar" - bunu virtualaz.org-a müsahibəsində Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.

Əbülfəz Elçibəyin prezidentliyi dönəmində daxili işlər naziri olan Isgəndər Həmidov mətbuata aşı Saakaşvilinin dediklərinin yalan olduğunu bildirib: "Əbülfəz Elçibəy prezident olanda ”Boz qurdlar" əllərində avtomat Qarabağdaydı, şəhərdəsə polislər idi".

O, Saakaşvili ilə Elçibəyin görüşündən xəbərsiz olduğunu deyir: "Belə bir görüşdən xəbərim yoxdur. Inanmıram ki, belə bir görüş olsun”.


Müəllif: