Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) su kanalında batıb.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olub.
Hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.