17 İyul 2021 11:00
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan iki nəfər şəxs saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.

Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Abdulabad kənd sakini Rəhman Həsənov saxlanılıb.

Onun üzərinə keçirilən şəxsi axtarış zamanı iki büküm narkotik maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı R.Həsənov narkotik vasitəni Zabit adlı şəxsdən 60 manata aldığını bildirib.

Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə psixotrop maddə olan “patı”və “şüşə” adlanan metamfetaminin satışı ilə məşğul olan Şirvan şəhər sakini Zabit Hüseynov da saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı isə satış üçün hazırlanmış metamfetamin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Hacıqabul rayon polis şöbəsində cinayət işləri açılıb.

Araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov