11 Noyabr 2014 14:19
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

KXCP İdarə Heyətinin toplantısı keçirilib. İclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilib.

Yığıncaq partiya orqanlarının həftə ərzində gördüyü işləri qiymətləndirərək bələdiyyə seçkiləri, vətəndaş cəmiyyətinin vəziyyəti və cari məsələlər müzakirə edib.

Yığıncaqda bələdiyyə seçkiləri ilə bağlı məlumatlar dinlənilib. Şamaxı, Ağsu, Gədəbəy və digər bəzi rayonlarda, Sumqayıt şəhərində KXCP üzvlərinin bələdiyyəyə namizədliklərinin verilməsi zamanı yaradılan maneələr haqda məlumat dinlənilib. KXCP rayon (şəhər) şöbələrinə rastlaşdığı qüsurlarla bağlı informasiya və faktların toplanması, Seçki Məcəlləsinə uyğun seçki komissiyalarına, əlaqədar orqanlara müraciət edilməsi və partiya sədrinin seçkilər üzrə zona müşavirlərinə, partiyanın təşkilat şöbəsinə, Mərkəzi Seçki Qərargahına məlumat verilməsi tapşırılıb. KXCP rayon (şəhər) şöbələrinə namizədlərin verilməsi prosesinin tezliklə başa çatdırmaları və seçkilərin digər mərhələləri üzrə hazırlıq işlərinin aparılması tövsiyə olunub.

Yığıncaqda Dirçəliş Günü münasibəti ilə 17 noyabr saat 12.00-da KXCP üzvlərinin Fəxri Xiyabanda Əbülfəz Elçibəyin məzarını ziyarət etməsi qərara alınıb.

Cavidan


Müəllif: