19 Noyabr 2014 22:26
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com xarici KİV-lərə istinadla xəbər verir ki, braziliyalı futbolçu Neymar (Neymar da Silva Santos Junior) başa çatmaqda olan ilin yekunlarına görə milli komandaların matçlarında ən yaxşı “bombardir” hesab edilib.

Neymar 2014-cü ildə “selesao”nun futbolkasında 15 qol vuraraq, bu göstərici üzrə alman Tomas Mülleri və ekvadorlu Enner Valensiyanı qabaqlayıb (onların hər birinin aktivində 10 qol var).Yığma komandanın heyətində 60 matçda çıxış etmiş 22 yaşlı hücumçu həmin matçlarda 42 qol vurub və komandanın ən yaxşı “bombardirləri” siyahısında beşinci yerə çıxıb.

Xatırladaq ki, bu göstərici üzrə rekordçu Pele 92 oyunda 77 qol vurub. Neymar həm “Santos” komandasının heyətində Cənubi Amerikanın Libertadores kubokunda, həm də “Barselona”nın heyətində Avropa Çempionları Liqasında het-triklər edə bilmiş yeganə futbolçu kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Bu il öz vətənində keçirilən dünya çempionatında 5 matçda meydana çıxan Neymar həmin oyunlarda 4 qol vurandan sonra yığmanın baş məşqçisi Dunqa Neymarı komandanın kapitanı təyin edib.


Müəllif: