Bakının Nəsimi rayonunda himayəsində olan 2021-ci il təvəllüdlü körpə qızı ilə dilənçilik edən qadın saxlanılıb.
Teleqraf.com xəbər verir ki, körpəsi ilə birlikdə dilənçilik edən Yevlax rayon sakini N.Abdullayeva Nəsimi rayon Polis İdarəsinə dəvət edilib.
Araşdırma zamanı körpənin faktiki olaraq həyat və sağlamlığı üçün ciddi təhlükə yarandığı, eləcə də baxımsız vəziyyətdə olduğu müəyyən edilib.
Uşaq müvafiq dövlət qurumlarının iştirakı ilə körpələr evinə yerləşdirilib. Araşdırma zamanı bundan əvvəl də N.Abdullayevanın himayəsində olan daha 2 azyaşlı uşağını baxımsız vəziyyətdə qoyduğu, onların həyat və sağıamlıqlarını təhlükə altına atdığı, həmçinin dilənçiliyə sövq etdiyi üçün həmin uşaqların da ondan alınaraq dövlət himayəsinə verildiyi müəyyən edilib.
N.Abdullayeva barəsində Nəsimi rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.