8 İyun 2022 11:53
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 1-də 1971-ci il təvəllüdlü Bahar Mustafayevaya Xızı rayonu ərazisində küt alətlə xəsarət yetirilməsi və aldığı xəsarətdən 5 iyun 2022-ci il tarixdə xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Xızı rayon prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin əri Əbülfət Əliyev mübahisə zamanı küt alətlə Bahar Mustafayevanın baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirib, nəticədə o, aldığı xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda Əbülfət Əliyev ruhi-əsəb xəstəsi olması səbəbindən Psixiatriya Xəstəxanasının stasionarına yerləşdirilib.


Müəllif: Hacı Zeynalov