15 Fevral 2023 11:55
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda yaşayış evinə basqın edilib.

Teleqraf.com xəbər verir ki, Ağstafa rayon polis şöbəsinə ötən il dekabrın 18-də şəhər ərazisindəki evlərin birinə girən maskalı 2 nəfərin ev sahibəsini bıçaqla hədələyib, 250 manat pulunu, qızıl üzüyünü və sırğasını quldurluq yolu ilə talamaları barədə daxil olan məlumatla əlaqədar müvafiq araşdırmalar aparılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci maddəsi (Quldurluq) ilə cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Pərviz Yolçuyev və Ümid Zeynalov müəyyən olunaraq saxlanılıblar.


Müəllif: Hacı Zeynalov