Meksikanın Mexiko ştatında hava şarınının səbətinin yanması nəticəsində iki nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə Teotiuakan arxeoloji sahəsi üzərində baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 13 yaşlı qız yaralanıb. Hava şarını idarə edən şəxsin vəziyyəti məlum deyil, çünki yaxınları onu yanğın baş verən yerdən dərhal uzaqlaşdırıblar..
Şahidlərinin sözlərinə görə, ölənlər evli cütlük olub. Onlar yanğından xilas olmağa çalışaraq, böyük hündürlükdən tullanıblar. İlkin məlumata görə, 13 yaşlı qız onların övladıdır. O, xəstəxanaya yerləşdirilib.