13 İyul 2023 12:40
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaradağ rayon Polis İdarəsinin 10-cu polis şöbəsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsində son bir neçə gündə narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı təxirəsalınmaz əməliyyatlar keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirlər zamanı narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satışı ilə məşğul olan ümumilikdə 14 nəfər saxlanılıb.

Həmin şəxslərdən 3 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana, tiryək və psixotrop maddə metamfetamin aşkar edilib.

Onların hər biri barəsində Qaradağ rayon Polis İdarəsinin ostintaq şöbəsində araşdırmalar aparılır.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov