3 Mart 09:38
857
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Kütahya bölgəsində əsgər əyləncəsinin sonunda iki qrup arasında baş verən silahlı qarşıdurmada 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, Məmiş Yilman küçəsində əyləncədən sonra iki düşmən qrup arasında mübahisə baş verib.

Silahlı qarşıdurmaya çevrilən hadisə zamanı 42 yaşlı Hakan Zəngin tapançadan açılan atəş nəticəsində, qohumu, 40 yaşlı Mustafa Açıkgözün isə başına dəmir parçası ilə zərbə endirilərək yaralanıblar.

Hadisə yerinə təcili yardım briqadası və jandarma qrupları gəlib.

Xəstəxanaya aparılan yaralılardan Hakan Zenginə tibbi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxslərin tutulması üçün tədbirlər görülür.


Müəllif: Hacı Zeynalov