17 Mart 13:19
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaşda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Martın 16-sı saat 22 radələrində Adil Qasımov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində hərəkətdə olarkən yolun kənarında dayanan 2 “ Ford” markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində hər iki “Ford”un sürücüsü, 1980-ci il təvəllüdlü Ağəmmədov Yasin Sədyar oğlu və 1991-ci il təvəllüdlü Əlizadə Rəşad Ədalət oğlu, eləcə də orada olan 1982-ci il təvəllüdlü Qarayev Yaşar Maarif oğlu aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.


Müəllif: Hacı Zeynalov