22 Mart 17:44
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 17-də Masallı rayonu ərazisində bir nəfərin bank kartından 1200 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Namiq Qasımov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov