25 Aprel 2016 16:31
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Toplantıda ölkənin ictimai-siyasi həyatını əks etdirən bir sıra məsələlər müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, toplantı iştirakçıları ilk növbədə son günlər erməni silahlı qüvvələrinin əldə edilmiş razılaşmalara rəğmən yenidən atəşkəs rejimini pozması, ağır silahlardan istifadə etməklə ərazilərimizə silahlı hücuma keçməsi və ordumuzun bu təxribatlara layiqli cavab verərək düşmənin bir tankını məhv etməsi faktına münasibət bildirib.

Partiya yetkililəri ordumuzun Ermənistan silahlı qüvvələrinin təxribat məqsədli hücumlarının qarşısını qətiyyətlə almasını, hər bir hücumda onlara daha sarsıdıcı zərbələr endirməsini təqdir edib və ordu heyətini düşmən tərəfindən törədiləcək təxribatlara hazır olmağa çağırıb.

İdarə Heyəti son vaxtlar bəzi qüvvələr tərəfindən Dağlıq Qarabağ probleminin Kazan prinsipləri əsasında - Kəlbəcər və Laçın rayonlarını çıxmaqla qalan rayonların Azərbaycana qaytarılması şərti ilə Dağlıq Qarabağa muxtariyyət statusunun verilməsi barədə səslənən bəyanatlara münasibət bildirib.

Qeyd olunub ki, Dağlıq Qarabağ probleminin həlli yalnız beynəlxalq hüququn ölkələrin ərazi bütövlüyü və suverenliyinin pozulmazlığı prinsipinə söykənməli və Ermənistan problemin dinc yolla həlli istiqamətində dirəniş göstərdiyi halda Azərbaycan işğal olunmuş ərazilərimizin hərbi yolla azad edilməsi sahəsində səylərini davam etdirməlidir.

İdarə Heyəti qarşıdan gələn millətimizin yaddaşında işğal günü kimi həkk olunan 28 aprel tarixi haqda müzakirələr aparıb, bundan ciddi nəticə çıxarmağa çağırıb.

Cavad


Müəllif:

Oxşar xəbərlər