Bakı şəhər halqasında GP2 seriyası üzrə birinci yarışa yekun vurulub.
Teleqraf.com bildirir ki,“Prema Racing” klubunun təmsilçisi Antonio Covinatsi 1:57:944 nəticə ilə birinci olub.
Yüksək nəticəklərə görə ilk beşlikdə aşağıdakı pilotlar qərarlaşıb:
1.Antonio Covinatsi (“Prema Racing”) - 1:57:944
2.Sergey Sirotkin (“ART Grand Prix”) - 1:58:116
3.Rafael Marçello (“Russian Time”) - 1:58:427
4.Olivyer Roulend (“MP Motorsport”) - 1:57:887
5.Mitç Evans (“Pertamina Campos Racing”) -- 1:58:314
GP2 seriyası üzrə finiş xəttini birinci yarışda iştirak edən 22 idmançıdan 12-i keçib.
Qalibləri isə gənclər və idman nazirinin müavini İsmayıl İsmaylov və Olimpiya çempionu Namiq Abdullayev mükafatlandırıb.
GP 2 seriyası üzrə ilk yarış 65 dəqiqə və ya 170 kilometr təşkil edib. Nəticələrə əsasən, sürücülər 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal qazanacaqlar.
İki yarışdan ibarət olan GP 2 seriyası üzrə ikinci yarış da 1 saat çəkəcək və iyunun 19-u Bakı vaxtı ilə saat 14:00-da baş tutacaq.