3 İyul 2016 15:33
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

PSJ-nin sabiq hücumçusu Zlatan İbrahimoviç yenidən maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.az-ın "A Bola"ya istinadən verdiyi məlumata görə, isveçli futbolçu Fransa çempionatının onun istedadına uyğun səviyyədə olmadığını bildirib:

"Mən Fransa çempionatının nüfuzunun artmasına kömək etdim. Parisin simvolu oldum. PSJ ilə müqavilə imzaladıqda, Fransa çempionatından heç nə gözləmirdim. Çünki bu çempionat mənim istedadıma, oynadığım əvvəlki klubların səviyyəsinə uyğun deyildi. İki min azarkeşin bizi həvəsləndirəcəklərinə əmin deyildim. Halbuki, "San-Siro" stadionunda hər zaman 90 min azarkeş olurdu".

Qeyd edək ki, 4 il PSJ-də oynayan İbrahimoviç 3 dəfə Fransa Liqasının ən yaxşı futbolçusu seçilib. Ötən mövsümün sonunda Paris klubundan ayrılan 34 yaşlı futbolçu "Mançester Yunayted"ə transfer olunub.


Müəllif: