“Zirə” futbol klubu Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, “Fənərbağça”nın dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşən Topuk Yaylasındakı təlim bazasında keçirilən oyunda rəqib “Qaziantep BB” klubu olub. Oyun komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 40-cı dəqiqəsində kapitan Elvin Məmmədovun ötürməsindən sonra Təmkin Xəlilzadə oyundakı yeganə qolu vurub.
“Zirə” növbəti oyununu iyulun 29-da “Göztəpə”yə qarşı keçirəcək.