7 Avqust 2016 21:28
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rio de Janeyronun “Windzor Barra” otelində 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi oyunlarının təqdimat mərasimi baş tutub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, 60-dan artıq qonağın iştirak etdiyi mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov, Rio Olimpiya oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov, rəsmilər, eyni zamanda İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum, Nigerin baş naziri Ada Salissau, Qvineya- Bissaunun baş naziri Bakiro Dja, Malaziya, İndoneziya, Qvineya-Bissau, ÇAD, Qambiya, Fələstin, Suriya və digər islam ölkələrinin Milli Olimpiya Komitələrinin prezidentləri, baş katibləri, idmana məsul nazirləri, iştirak edirdilər.

Qonaqları ilk olaraq salamlayan nazir Azad Rəhimov ölkəmizin bir sıra mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini bildirərək, I Avropa oyunlarını, Formula 1 Grand Prix turnirini və digər Avropa, dünya çempionatlarını buna misal gətirdi. Azad Rəhimov : “Daim dünyaya tolerantlıq nümayiş edən Azərbaycanın IV İslam Həmrəyliyi oyunlarını keçirməkdə məqsədi İslam dininin gözəlliyini, insanlar arasında dostluq, mehribanlıq münasibətlərini yaratmağı nümayiş etdirməkdir. 12 yarış günü ərzində 5000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq. Daim hər bir yarışa yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz, IV İslam Həmrəyliyi oyunları ilə Azərbaycan simasında müsəlman ölkəsinin gözəlliyini, tolerantlığını dünyaya nümayiş etdirəcək.”

Nazir Azad Rəhimovun çıxışından sonra qonaqlar üçün IV İslam Həmrəyliyi oyunları haqda hazırlanmış film nümayiş olundu. Filmdə IV İslam oyunlarına hazırlıq prosesi, idman obyektləri haqqında məlumat və digər mühüm məqamlar öz əksini tapmışdı.

Filmin nümayişindən sonra sual-cavab bölümü başlandı. Burada IV İslam Həmrəyliyi oyunlarına hazırlıq prossesi, akreditasiya, idmançıların qalacaqları məkanlar, yarışların keiriləcəyi idman obyektləri və digər məsələlərlə bağlı verilən suallar nazir Azad Rəhimov tərəfindən cavablandırıldı, fikir mübadiləsi aparıldı.Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri paylandı.


Müəllif:

Oxşar xəbərlər