19 Avqust 2016 18:18
503
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın Rio-de-Janeyro şəhərində Yay Olimpiya Oyunları davam edir.

Trend-in məlumatına görə, yarışların 14-cü günündə Azərbaycan taekvondoçusu Milad Beigi Harçeqani mübarizə qoşulub.

80 kq çəki dərəcəsində yarışan təmsilçimiz 1/8 final mərhələsində Mali idmançısı İsmael Kulibali ilə qarşılaşıb.

İdmançımız ilk hissədə rəqibindən 4 xal alıb. İkinci hissədə hesab 11:4 M.Harçeqaninin xeyrinə olub. Üçüncü hissədə də rəqibinə aman verməyən taekvondoçumuz növbəti mərhələyə yüksəlib - 13:6.


Müəllif:

Oxşar xəbərlər