Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.
Teleqraf.com-un məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edən “Qəbələ” də növbəti oyununa çıxıb.
Roman Qriqorçukun komandası Sloveniyada “Maribor”un qonağıdır. Bakıda keçirilən ilk görüşdə 3:1 hesablı qələbə qazanan təmsilçimiz cavab oyununa aşkar üstünlüklə çıxacaq. Komandamızın ardıcıl ikinci il qrup mərhələsində çıxış etmək üçün yaxşı şansı var.
Matç "Qəbələ"nin 0:1 hesablı məğlubiyyəti ilə başa çatsa da, təmsilçimiz ardıcıl ikinci il qrup mərhələsində çıxış etmək imkanı qazanıb.
25 avqust
Avropa Liqası
Pley-off mərhələsinin cavab oyunu
22:15. "Maribor" (Sloveniya) – "Qəbələ" (Azərbaycan) - 0:0 (Birinci hissə)
İlk oyun -1:3
Baş hakim: Viktor Kaşşai
Baş hakimin köməkçiləri: Qyorgi Rinq, Vençel Tot
Dördüncü hakim: Tamaş Boqnar (hamısı Macarıstan)
Maribor. "Lyusdki Vrt"