Bu gün DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə oyunlar start götürüb.
Teleqraf.com xəbər verir ki, millimiz ilk oyununda səfərdə San-Marino yığması ilə qarşılaşıb.
Oyun Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın yeganə qolunu 45-ci dəqiqədə Ruslan Qurbanov vurub.
Yığmamız “C” qrupunda Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San-Marino yığmaları ilə mübarizə aparır.