13 Sentyabr 2016 08:54
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millimizin futbolçusu Kamran Ağayev Portuqaliya yüksək liqası təmsilçisi "Boavişta"ya transfer olunub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 30 yaşlı qolkiper mövsümün sonuna kimi sözügedən klubda çıxış edəcək.

O, sabahdan komanda ilə ümumi məşqlərə başlayacaq.

Qeyd edək ki, K.Ağayev bu yay "Sumqayıt"la müqavilə imzalamışdı.

Əlavə edək ki, millimizin futbolçusu Emin Mahmudov da "Boavişta"da çıxış edir.


Müəllif: