14 Sentyabr 2016 22:34
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əsas komandanın son oyunlardakı uğursuz nəticələrindən sonra “Neftçi”də yeni təyinatlar açıqlanıb.

Teleqraf.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əsas komandanın baş məşqçisi vəzifəsinə Elxan Abdullayev gətirilib.

Onunla mövsümün sonuna kimi müqavilə imzalanıb. Klubun icraçı direktoru vəzifəsinə Elnur Eyvazov, idman direktoru vəzifəsi Orxan Hüseynzadə təyin edilib. Həmçinin “Neftçi”də inzibati işlər üzrə baş menecer vəzifəsi İslam Abbasova tapşırılıb. Məlumatda bildirilir ki, klub strukturunun dəyişdirilməsi istiqamətində aparılan işlər davam etdiriləcək.


Müəllif: