22 Sentyabr 2016 10:55
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 21-də Makedoniyanın paytaxtı Skopye şəhərinin ən böyük idman arenalarından olan Boris Traykovski adına İdman Mərkəzində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında keçirilən güləş üzrə hərbçilərin 31-ci dünya çempionatının birinci günü başa çatıb.

Teleqraf.com xəbər verir ki, ilk olaraq Azərbaycanın 4 sərbəst güləşçisi yarışlara qatılıb. Onlardan Ağahüseyin Mustafayev 65 kiloqram, Coşqun Əzimov 70 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıblar. Final görüşündə Ağahüseyn Mustafayev Şimali Koreya idmançısı Gvanq Kinə 8:5 hesabı ilə qalib gələrək 65 kiloqramda dünya çempionu olub.

Coşqun Əzimov isə final görüşündə Rusiya idmançısı Maqamed Qurbanəliyevə uduzaraq ikinci yerə çıxıb.


Müəllif: