Portuqaliya çempionatının 6-cı turu çərçivəsində milli komandamızın üzvləri - Kamran Ağayev və Emin Mahmudovun formasını geydiyi "Boavişta" səfərdə “Portu”nun qonağı olub.
Qol.az-ın məlumatına görə, millimizin qapıçısı Kamran Ağayev bu görüşdə “Boavişta”nın heyətində rəsmi debüt edib.
Matç həmyerlimiz üçün uğursuz alınıb. Belə ki, “Boavişta” 5-ci dəqiqədə hesabı açsa da, “Portu” 3 qol vurmaqla qələbə qazanıb. Kamran sabiq “Qalatasaray”lı Telleşin 86-cı dəqiqədə vurduğu qolda kobud səhv edib.