27 Sentyabr 2016 18:44
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, oktyabr ayı üçün açıqlanan siyahını Azərbaycan millisi üçün uğurlu saymaq olar. Belə ki, yığmamızın aparıcı cüdoçularından yalnız birinin mövqeyində dəyişiklik olub. Tərlan Kərimov (66 kq) 35-ci yeri 36-ya dəyişib. Ondan fərqli, Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) yenə öz çəkisinin birincisidir.

Yığmamızın digər aparıcı cüdoçularına gəlincə, İlqar Müşkiyev (60 kq) 14-cü, Nicat Şıxəlizadə (66 kq) 8-ci, Məmmədəli Mehdiyev (90 kq) 20-ci, Elxan Məmmədov (100 kq) 19-cu, Uşanqi Kokauri (100 kq-dan yuxarı) 22-ci və Aişə Qurbanlı (48 kq) 40-cı sıradadır.


Müəllif:

Oxşar xəbərlər