2 Oktyabr 2016 00:31
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha iki oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, günün ilk matçı Sumqayıtda olub. Burada "Sumqayıt" AZAL-ı qəbul edib. Oyunda ilk qolu "təyyarəçilər" vurub. Oyunun 9-cu dəqiqəsində İlqar Ələkbərov fərqlənib. Komandaların hücumlarına baxmayaraq ilk hissə bu hesabla da başa çatıb.

İkinci hissənin 83-cü dəqiqəsində "Sumqayıt"da çıxış edən Mirabdulla Abbasov komandasına bir xal qazandıran qolu vurub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra aktivinə bir xal yazan AZAL turnir cədvəlinin sonuncu pilləsindən xilas ola bilməyib. "Sumqayıt" isə 8 xalla 4-cü pillədə qalıb.

Günün son oyununda isə "Neftçi" və "Kəpəz" komandaları üz-üzə gəlib. Masazır qəsəbəsində yerləşən "Əlincə Arena"da baş tutan görüşə paytaxt klubu daha aktiv başlayıb. Oyunun 14-cü dəqiqəsində Denilson Pereyra gəncəlilərin qapısına yol tapıb. Katalin Tira oyuna əlavə olunmuş dəqiqələrdə "Neftçi"nin ikinci qolunu vurub.
Bununla da "Neftçi" cari mövsümdə ikinci qələbəsini qazanaraq xallarını 6-ya yüksəldib. Bu qələbə 8 xalı olan

"Neftçi"ni turnir cədvəlində 7-ci pillədə qərarlaşan "Zirə"yə yaxınlaşdırıb. "Kəpəz" isə səfər məğlubiyyəti nəticəsində 7 xalla 5-ci pillədədir.

Turun açılış oyununda "İnter" "Zirə"ni qəbul edib və qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, VII tura sabah keçiriləcək "Qəbələ" - "Qarabağ" oyunu ilə yekun vurulacaq.


Müəllif:

Oxşar xəbərlər