On doqquz yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması ilk oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, millimiz Litvanın Marijampole stadionunda Avstriya komandası ilə qarşılaşıb. Oyun 4:1 hesabı ilə avstriyalı futbolçuların xeyrinə başa çatıb. Yığmamızın heyətində Anton Krivotçuk fərqlənib.
Millimiz növbəti oyununu oktyabrın 6-da saat 15.00-da Bosniya və Herseqovina yığmasına qarşı keçirəcək.