9 Oktyabr 2016 00:35
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axşam saatlarında Qəbələnin Zarağan kəndi ərazisində piyada ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib.

Teleqraf.com ARB Şəki-yə istinadən bildirir ki, 36 BB 211 dövlət nömrə nişanlı Vaz 21011 markalı avtomobil yolu keçən Göyçay sakini Xəlilov Elşən Şəfəq oğlunu vurub.

Qəbələdə yerləşən hərbi hissələrdən birində müddətdən artıq xidmət edən Elşən Xəlilov hadisə yerindəcə keçinib.

Hələlik piyadanı vuran şəxsin kimliyi müəyyənləşməyib. Fakt araşdırılır.


Müəllif: