Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçiriləcək.
Teleqraf.com-un məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” da Bakıda Yunanıstanın PAOK klubunu qəbul edəcək. Keçirdiyi iki oyundan sonra aktivinə sadəcə 1 xal yaza bilən Ağdam klubu hazırda qrupda sonuncu pillədə qərarlaşıb.
Təmsilçimiz “Qəbələ” isə səfərdə “Sent-Etyen”lə qarşılaşacaq. Komanda Fransada keçirilən matçda qələbə qazanarsa, sonuncu yerdən ön sıralara adlaya biləcək.
Avropa Liqası
Qrup mərhələsi, III tur
20 oktyabr
J qrupu
21:00. “Qarabağ” - PAOK (Yunanıstan)
Baş hakim: Alon Yefet
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
C qrupu
23:05. “Sent-Etyen” (Fransa) - “Qəbələ”
Baş hakim: Ali Palabıyık
Sent-Etyen. “Joffrua Qişar” stadionu