26 Oktyabr 2016 08:52
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo “Çelsi”dən alınan böyükhesablı (0:4) məğlubiyyətdən danışıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssis komandasının sona qədər çempionluq uğrunda mübarizə aparacağını bildirib:

“Biz çox məyusuq. Lakin bu vəziyyət uşaqlar yox, kişilər üçündü. Biz artıq növbəti oyunu düşünməliyik. Hazırda kubokdan çox çempionat barədə fikirləşirəm. Biz lazımsız xallar itiririk və liderdən geri düşmüşük. Bəzən yaxşı oynayanda da xal itiririk. Bu baxımdan “Stok Siti” ilə görüşü qeyd edə bilərəm.

Artıq qələbələri sıralamağın vaxtıdı. Qarşıda bizi “Bernli”, “Suonsi”, “Vest Hem”, “Sanderlend” və “Mildsbro” ilə oyunlar gözləyir. Digər iddialılar da xal itirəcəklər. Ona görə də biz əvvəlki kimi çempionluq yarışındayıq”.

Xatırladaq ki, 9 turdan sonra “Mançester Yunayted” 7-ci pillədə qərarlaşıb.


Müəllif: