"Barselona"nın zədəli futbolçusu Jeremi Matyenin son durumu müəyyənləşib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, tibbi müayinədək keçən fransalı müdafiəçinin əzəlisinin dartıldığı məlum olub.
Onun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, J.Matye Kataloniya kubokunda "Espanyol"a qarşı görüşdə (0:1) zədələnib.
Xatırladaq ki, bundan əvvəl Andres İnyestanın 6-8 həftə müddətində yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.