Azərbaycanlı futbolçu Rasim Ramaldanov Gürcüstan çempionatında növbəti qolunu vurub.
“Kolxeti 1913” komandasının şərəfini qoruyan həmyerlimiz 10-cu turda “Saburtalo” ilə görüşdə fərqlənib. O, 51-ci dəqiqədə komandasının bərabərlik topunu rəqib qapısından keçirib. Buna baxmayaraq, Ramaldanovun komandası yekunda böyükhesabla uduzub – 1:6.
10 turdan sonra “Kolxeti 1913” 18 xalla turnir cədvəlində 2-ci yeri tutur.
\Qol.az\