“Barselona”nın İspaniya çempionatının 12-ci turunda “Malaqa” ilə heç-heçə etməsi tənqidlərə rəvac verib.
Teleqraf.com xəbər verir ki, bir çox ekspertlər “Barsa”nın bu mövsüm titulsuz qalacağını iddia edir. Kataloniya klubunun türkiyəli legioneri Arda Turan isə komandanın bütün titulları qazanmaq istədiyini bildirib. O, “instaqram”da yazdığı statusda “Barsa”nın hədəfini açıqlayıb:
“Daha səylə çalışmaq lazımdı. “Barselona” bu mövsüm bütün titulları qazanmağı hədəfləyib”.