"Real"ın futbolçusu Qaret Beyl tibbi müayinədən keçib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, uelsli yarımmüdafiəçinin zədəsinin ciddi olduğu və əməliyyat olunacağı bildirilib.
İspaniya mətbuatı Q.Beylin 4 ay yaşıl meydanlardan uzaq qalacağını yazıb.
Qeyd edək ki, bundan əvvəl Q.Beylin "El-Klassiko"nu buraxacağı açıqlanmışdı.