3 Yanvar 2017 10:18
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xəzər Lənkəran"ın keçmiş məşqçisi Mustafa Dənizli məhkəməyə müraciət edib.

Teleqraf.com xəbər verir ki, buna səbəb 67 yaşlı baş məşqçinin keçmiş arvadının ailəsi tərəfindən təzyiqlərə məruz qalmasıdır.

M.Denizli sentyabrda ayrıldıqdan sonra keçmiş arvadı Evin Elçinin qardaşı və atası M.Dənizlinin evinə gəlib. Qaynı Dənizlidən boşanmaq üçün 5 milyon lirə tələb edib: "Evimə gəlib məni təhdid etdilər. "Səni başından vurarıq. Təkcə səni yox, bütün nəslini öldürərik" - dedilər. Yaşadığım hadisələrdən sonra psixologiyam pozulub. Hiss etdiyim qorxunu ifadə etmək mümkün deyil. Hadisədən sonra ürəyim getdi. Ölümlə üz-üzə gəldim. Həmin şəxslərin cəzalandırılmasını istəyirəm".

M.Dənizlinin şikayətindən sonra hadisə ilə bağlı araşdırma başlanıb. Dənizli və Evin Elçi 6 il birgə yaşayıblar.

M.Denizli 2013-cü ilin noyabrından mövsümün sonuna kimi cənublularla işləyib.


Müəllif:

Oxşar xəbərlər