İran çempionatında 17-ci tura yekun vurulub.
Teleqraf.com xəbər verir ki, Təbriz təmsilçiləri “Qostareş Fulad” evdə “Maşınsazi” ilə qarşılaşıb. Oyun meydan sahiblərinin, “dəmirçilər”in qələbəsiylə nəticələnib - 2:1.
Xatırladaq ki, dünən Təbrizin digər təmsilçisi “Traktorsazi” evdə “Sanat Neft”lə heç-heçə etmişdi - 2:2.
17 turdan sonra hesabında 34 xal olan “Traktorsazi” 2-ci pillədə qərarlaşıb. “Qostareş Fulad” 24 xalla 7-ci, “Maşınsazi” isə 8 xalla sonuncu, 16-cı pillədə qərarlaşıb.